Bildiyimiz kimi qarşıdan Novruz Bayramı gəlir və bununla bağlı ardıcıl olaraq ölkədə 9 gün qeyri-iş günü elan olunub. . Bayram günlərində kimi istirahətini xaricdə, kimisi də regionlarda yerləşən hotellərdə qeyd etməyi planlaşdırır.
FED.az biznes maliyyə portalı oxucuların istəyini nəzərə alaraq, regionlarda yerləşən otellərin Novruz Bayramı ilə bağlı təklif etdiyi qiymət siyahısını təqdim edir:
Ayan Palace 5* (Tovuz) – Novruz bayramı ilə bağlı xüsusi əyləncəli proqram nəzərdə tutulmayıb. Mövcud standart qiymətlər olduğu kimi qalır. Standart otaqlarda 1 gecə 110 manat, Junior Suite - 175 manat, Delux Rooms 110 manat, Senio Suite 250 manat, 3 yataq otaqlı kotec 300 manat, Prezidental Suite 1000 manatdır; Bütün otaqlara səhər yeməyi daxildir.
Vogue Hotel Nabran - regionda yüksək səviyyəli xidməti ilə seçilir. Bakıdan 180 km, dənizdən 1000 metr məsafədə yerləşən Vogue Nabran oteli 5 ulduzlu otellər kateqoriyasına daxildir. Yüksək zövqlə inşa olunmuş otel 32 müxtəlif kateqoriyalı otaqlardan, 2 və 3 otaqlı 25 ədəd kotteclərdən ibarətdir. Bundan əlavə burada qonaqların istifadəsi üçün qapalı və açıq restoran, uşaq əyləncə yerləri, üstü açıq hovuz, bilyard zalı, Vogue Siqar barı da qonaqların xidmətindədir.
Vogue Hotelin peşəkar personalı tərəfindən Novruz bayramını qeyd edəcək müştərilər üçün maraqlı və yadda qalacaq əyləncəli proqramlar hazırlanıb.
Müştərilər üçün nəzərdə tutulmuş xüsusi bayram paketi:
2 gecə 3 günlük paketlər üzrə qiymətlər 300 – 600 aralığında dəyişir. Qiymətlərə 20 mart qala gecəsi, canlı musiqi, dj, əyləncə, SPA xidmətləri, martın 21-də səhər və axşam yeməkləri, musiqi, əyləncə, SPA xidmətləri daxildir.
Əlaqə nömrəsi: (050) 263 33 33
BERGS Hotel (Qax) - standart otaqların qiyməti 109 manatdan başlayır. Qiymətlərə səhər yeməyi və müxtəlif əyləncələr daxildir.
Küngüt Hotel and Restorant (Şəki) - standart otaqlar 90 manatdan başlayır, iki nəfərlik, ailəvi 150 manat təşkil edir, Qiymətə, səhər yeməyi. (Günorta və axşam yeməyi sifariş əsasında olur) stolüstü tennis, billiard, uşaqlar üçün playstation və musiqi daxildir.
Əlaqə nömrəsi: 051 844 44 13
"Quba Palace Hotel" Novruz bayramı günlərini möhtəşəm bayram konserti, tonqal, şən əhvali-ruhiyyə və Qubanın füsunkar təbiətinin əhatəsində qeyd etməyi təklif edir. 2 nəfər üçün 1 gecənin qiyməti 195 manatdır. Bu qiymətə dağ mənzərəli Deluxe otaqda gecələmə, geniş çeşidli səhər yeməyi (açıq bufet), SPA (qapalı hovuz, idman zalı, Türk hamamı, sauna) və Novruz bayramı proqramı daxildir.
"Qalaalti Hotel & SPA" (Şabran) 20-23 mart tarixləri üçün (3 gecə, 4 gün) qiymətlər 1089 manat və 1164 manat;
"Lankaran Springs Hotel"də 1125 manat və 1272 manat;
"Shamakhi Palace Hotel"də isə 1245 manatdır. Qiymətlərə 3 dəfə qidalanma da daxildir
"Marxal Resort & SPA" 660 manat və 780 manat;
"Qafqaz Riverside Hotel" (Qəbələ) 774 manat;
"Basqal Resort & SPA" (ismayıllı) 990 manat;
"Macara Lake Resort" (Quba) 730 manat qiymət təklif edir. Qiymətlərə səhər və axşam qidalanma daxildir;
"El Resort"da (Qax) qiymətlər bir qədər münasibdir. Otel dağ mənzərəli standart otağı 429 manata təklif edir;
Səngər Qala Resort (Qax) – standart qiymətlər olduğu kimi qalır. İki nəfərlik otağın qiyməti 98 manatdır. Səhər yeməyi və SPA mərkəzi qiymətlərə daxildir. VİP otaqlar isə 328-378 manat aralığnda dəyişir. Əyləncəyə yalnız billiard daxildir.