“Hazırda Azərbaycan vətəndaşlarının ticarət və tibbi turizmlə bağlı İrana səfər etmələrində heç bir maneə yoxdur”.
Eləcə də bax: Azərbaycan və İran gömrükçüləri arasında - Görüş Keçirildi
FED.az xəbər verir ki, bunu mədən irs və turizm nazirinin müavini Vəli Teymuri deyib.
O bildirib ki, əcnəbi turistlərin İrana səfər etmələri üçün işlərin aparılır: “Koronavirusla bağlı vəziyyət daha da pisləşməsə, bu səfərlər sağlamlıq protokolları çərçivəsində Novruz bayramında baş tuta bilər. Biz Novruz günlərində turistlərin ölkəyə gəlişini təmin edə bilərik”.
Nazir müavini Novruz günlərində iranlı turistlərin Azərbaycana səfərlərinə də münasibət bildirib. O qeyd edib ki, bunun üçün ölkəsi tərəfindən hər hansı maneə yoxdur. (Apa)