Banner

Turizm

Naxçıvana səfər edən İran vətəndaşları üçün viza rejimi - LƏĞV EDİLDİ

Naxçıvana səfər edən İran vətəndaşları üçün viza rejimi - LƏĞV EDİLDİ | FED.az
12:34 27 Noy 2019

Naxçıvan Muxtar Respublikasına səfər edən İran vətəndaşları üçün viza rejimi ləğv edilib.

FED.az xəbər verir ki, bu barədə İranın Naxçıvan Muxtar Respublikadakı Baş konsulluğu məlumat yayıb.

Eləcə də bax: Azərbaycan vətəndaşları 66 ölkəyə - VİZASIZ GEDƏ BİLƏR

Məlumatda bildirilib ki, dekabr ayının 1-dən İran vətəndaşları 15 gün müddətinə vizasız Naxçıvana səfər edə biləcəklər. Azərbaycanın digər rayonlarına səfər üçün isə viza rejimi qüvvədədir.

Azərbaycanın Xarici İşlər Nazirliyi faktı təsdiq edib.

Məlumat üçün deyək ki, bu ilin oktyabrında Naxçıvana səfər edən İran vətəndaşları üçün viza rüsumunun məbləği də azaldılıb.

Digər xəbərlər

Banner