Naftalanın kurort şəhəri kimi keçmiş şöhrətini qaytarmaq və yeni məzmunda inkişaf etməyinin əsasını Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncamlar, qəbul edilən proqramlar və qarşıya qoyulan vəzifələrin icrası təşkil edir.
Eləcə də bax: 10 min əhalisi var - 40 MİN TURİST QƏBUL EDİB - AZƏRBAYCANDA
FED.az xəbər verir ki, məhz həmin tapşırıqların icrasının nəticəsidir ki, Naftalan son illərdə beynəlxalq turizm mərkəzinə çevrilib. Bu gün Naftalanda turizmin inkişafı üçün əlverişli şərait yaradılıb. Hazırda şəhərdə geniş abadlıq-quruculuq işləri və müasir səviyyəli sanatoriyaların tikintisi davam etdirilir.
2019-cu ildə kurort şəhərinə gələn turistlərin sayı əvvəlki illərlə müqayisədə artaraq 40 min nəfərədək çatıb. Onlardan 40 faizi xarici turistlərin payına düşür. Bu statistika müstəqillik illərində Naftalanda qeydə alınan ən yüksək göstəricidir.
Görülən işlərlə yanaşı turistlərin rahatlığını təmin etmək və onları narahat edə biləcək problemlərin həlli paralel aparılır.
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzovun təşəbbüsü və şəhərdə fəaliyyət göstərən “Naftalan Müalicə və Sağlamlıq Mərkəzi”nin dəstəyi ilə şəhərə gələn turistlərin məmnunluğunu və onların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Naftalan - Goran dəmiryolu stansiyası - Naftalan istiqamətində müasir standartlara cavab verən “Toyota” markalı sərnişin daşıyan nəqliyyat vasitəsi istifadəyə verilib.
Turistlərin bu istiqamətdə daşınması “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı-Gəncə-Bakı istiqamətində yeni sürətli sərnişin qatarının hərəkət cədvəlinə, sürət qatarının Goran stanasiyasına çatma vaxtına uyğun olaraq həftənin hər günü həyata keçiriləcək və xidmət ödənişsiz qaydada göstəriləcək.
Gələcəkdə bu xidmətdən istifadəyə tələbat artarsa, həmin marşurut xətti üzrə nəqliyyat vasitələrinin sayı artırılacaq.
Bu marşurutun açılmasının əsas səbələrindən biri də Bakı-Gəncə-Bakı yeni sürətli sərnişin qatarının istifadəyə verilməsi və bu qatardan istifadə edərək Naftalana gələn yerli və xarici turistlərin sayında artım müşahidə olunmasıdır.