Naftalan Şəhər İcra Hakimiyyətinin müraciəti əsasında Naftalan nefti və ondan alınan məhsulların rəqabət qabiliyyətliliyinin artırılması məqsədilə AZS 886:2020 “Naftalan nefti nativ. Ümumi tələblər” dövlət standartının layihəsi Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən hazırlanmış və “Naftalan nefti və ondan alınan məhsullar”ın standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 29) müzakirə edilmişdir.
Eləcə də bax: Naftalanda ölkəmizdə və regionda ilk “Little Free Library” - KİTABXANASI AÇILDI
FED.az xəbər verir ki, Naftalan Şəhər İcra Hakimiyyətinin yaydığı məlumatda bildirilir ki, Dövlət standartının layihəsi Naftalan Şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi, Naftalan Müalicə və Sağlamlıq Mərkəzi və digər aidiyyəti qurumlar ilə razılaşdırılmaqla Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən 13 avqust 2020-ci il tarixli Əmri ilə təsdiq edilmişdir.
Naftalan neftinə dair dövlət standartının qəbul olunması Naftalan kurortunun gələcək inkişafı baxımından və dünyada daha geniş miqyasda tanınmasında böyük əhəmiyyətə malikdir.
Qəbul olunmuş standartın tətbiqi Naftalan kurortunun ölkədə rəqabət qabiliyyətliliyinin artırılmasına, yerli və xarici turistlərə göstərilən xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına və tibbi turizmin inkişafına təkan verəcəkdir.