“Türkmənistan” aviaşirkəti avqustun 1-dən Moskvaya uçuşları dayandırdığını elan edib
FED.az xəbər verir ki, Türkmənistan Hava Yolları avqustun 1-dən Moskvaya uçuşları dayandırdığını açıqlayıb. Bu barədə şirkətin saytında bildirilir.
Qeyd olunur ki, bunun əvəzinə Aşqabad-Kazan-Aşqabad marşrutu üzrə uçuşlar həyata keçiriləcək.
Aviaşirkətin bildirdiyinə görə, bu qərar “Moskva hava zonasında hava vəziyyəti” ilə əlaqədar qəbul edilib.
Xatırladaq ki, son günlər Ukrayna tərəfinin dronlarının Moskvaya hücumları artıb, nəticədə bir sıra binalara zərər dəyib və aeroportlar uçuşları dayandırıb.