“Houseboat” Rusiya-Danimarka birgə şirkəti Moskvada üzən qəsəbələr və hotellər tikmək niyyətindədir.
FED.az xəbər verir ki, bu barədə “Moskva” agentliyi məlumat yayıb.
Məlumata görə, Moskva kanalının üç su hövzəsində üzən yaşayış məntəqələri və hotellər tikmək planlaşdırılır. Yaşayış üçün nəzərdə tutulmuş gəmilər – “houseboat”lar Rusiyada yığılacaq. Hər belə gəminin sahəsi 100-160 kvadratmetr təşkil edəcək. Bir qəsəbədə 13-30 üzən ev olacaq.