Misir parlamenti qanunvericiliyə dəyişiklik edərək müəyyən məbləğdə investisiya yatıran əcnəbilərin müraciət edəcəyi təqdirdə, Misir vətəndaşlığı almasına imkan yaradıb.
FED.az xəbər verir ki, bunun üçün əcnəbi vətəndaşın Misir dövlət xəzinəsinə 7 milyon Misir funtu (təxminən, 400 min dollar) sərmayə yatırması zəruridir. Özü də müraciətləri birbaşa Misirin daxili işlər naziri nəzərdən keçirəcək.
Hələlik depozitin yatırılması mexanizmi və hansı bankların investorların pulunu ala biləcəyi, eləcə də Misir vətəndaşlığının əldə edilməsinin əcnəbilərə nə kimi üstünlüklər qazandıracağı məlum deyil.