Bu ilin mart ayında Gürcüstan sərhədlərini 49 372 Azərbaycan vətəndaşı keçib.
Eləcə də bax: Azərbaycan-Gürcüstan sərhədi növbəti ayadak - BAĞLI QALACAQ
FED.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin hesabatında bildirilib.
İllik müqayisədə qonşu ölkəyə gedən Azərbaycan vətəndaşlarının sayında 70% azalma qeydə alınıb.
Hesabat ayında Azərbaycan vətəndaşları Gürcüstana yollanan əcnəbilər arasında birinci yeri tutub. İkinci yerdə 41 133 nəfərlə Türkiyə, üçüncü yerdə isə 39 786 nəfərlə Ermənistandır.
Martda qonşu ölkəyə dövlət sərhədlərini keçərək daxil olan xarici vətəndaşların ümumi sayı 196 489 nəfər təşkil edib. Bu, ötən ilin eyni göstəricisindən 67,3% azdır.
Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən Gürcüstan və Azərbaycan arasında gediş-gəliş martın 14-dən dayandırılıb. Martın 18-dən etibarən isə xarici ölkə vətəndaşlarının Gürcüstan ərazisinə daxil olması qadağan edilib.
Report