“SpaceX”in rəhbəri İlon Mask bildirib ki, onun şirkətinin kosmik gəmisində Marsa biletin təxmini qiyməti 100 min dollar olacaq.
Eləcə də bax: Adama 55 milyon dollar verib kosmosa uçdular - İLK KOSMİK TURİSTLƏR
FED.az bildirir ki, dünyanın ən varlı adamının fikrincə, qiymət Yer kürəsinin bir çox sakinləri üçün münasib olmalıdır.
“Məsələn, Marsa getmək 100 000 dollara başa gələrsə, o zaman demək olar ki, hər kəs bunun üçün çalışa bilər. Biz Mars səyahətini hamı üçün əlçatan etmək istəyirik”, – deyə milyarder bəyan edib. (Oxu.az)