Mahaçqala ilə Bakı arasında aviareyslər bərpa olunmadan ləğv edilib.
Eləcə də bax: AZAL Rusiyaya uçuşları - BƏRPA EDİR - TARİX
FED.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu, Azərbaycan hökuməti tərəfindən uçuş üçün icazəni geri çağırması ilə əlaqədardır.
“Azərbaycan tərəfi “Utair” şirkətinə uçuşlar həyata keçirmək üçün verdiyi icazəni ləğv edib”, - Dağıstan Hava Limanının mətbuat xidmətindən bildirilib.
İcazənin ləğvinin səbəblərini açıqlamayıblar.
Aviareyslərin ləğvi ilə bağlı məlumat Heydər Əliyev Beynəlxalq Aeroportundan təsdiqlənib.
Xatırladaq ki, “Utair” iyunun 3-dən Mahaçqaladan Bakıya uçuşları bərpa etmək niyyətində idi. (Apa)