Küveytdən Azərbaycana turist axını sürətlə artıb. Belə ki, 2023-cü ildə Azərbaycana gələn küveytli turistlərin sayı bir il əvvələ nisbətən sürətlə artaraq, 30 min nəfərə yaxın olub.
FED.az xəbər verir ki, bu sözləri Küveyt Dövlətinin ölkəmizdəki səfiri Abdullah Mohamed Abdullah Almauidi ölkəsinin 63-cü Milli Günü və 33-cü Qurtuluş Gününün ildönümü münasibətilə keçirilən tədbirdə söyləyib.
O bildirib ki, turist sayının artmasında ölkələrimiz arasında müntəzəm birbaşa aviareyslərin həyata keçirilməsinin də böyük rolu var. (Trend)