Rusiyanın “Aeroflot” aviaşirkəti payız cədvəlində Krasnoyarsk aviahabdan 4 yeni istiqamətə - Bakı, Novosubirsk, Tümen və Özbəkistanda Fərqanə vadisinə uçuşları bəyan edib. Bu barədə “Yandeks. Raspisaniya” servisinin məlumatında qeyd olunur.
FED.az xəbər verir ki, Bakıya reyslər həftənin şənbə günləri bəyan olunub (5 saat 30 dəqiqə).
Bütün bəyan edilmiş reyslər Boeing-737-800 tipli təyyarələrlə yerinə yetiriləcək. (İnterfaks)