Turizm

Köhnə Naftalan mehmanxanası yenidən qurulur

Köhnə Naftalan mehmanxanası yenidən qurulur | FED.az
11:00 8 Dek 2018

Naftalan şəhərindəki Naftalan mehmanxanası yenidən qurulur.

FED.az "Marja"ya istinadən xəbər verir ki, yenidən qurulan 10 mərtəbəli köhnə Naftalan mehmanxanasında 30 nəfər müvəqqəti işlə təmin edilib.  Mehmanxana "Naftalan Hotel & SPA" adı altında  fəaliyyət göstərəcəkdir.

81 otaqdan ibarət olacaq “Naftalan Inn otel and SPA”nın 2018-ci ilin noyabrında istifadəyə verilməsi nəzərdə tutulmuşdu. Lakin tikinti işləri uzanır.

Hazırda Yeni Avtovağzal otel kompleksində də tikinti işləri davam edir. 

Eyni zamanda  4 investor tərəfindən Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinə müasir səviyyəli turizm obyektlərinin tikinti layihələri təqdim edilib.

Digər xəbərlər