2019-cu ilin rəqəmləri ilə müqayisədə turistlərin Azərbaycana gəlişində 14 %-lik geriləmə mövcudur.
DTA: Bu il Azərbaycana turist axını 3 milyona çata bilər
FED.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının 4-cü assambleyasında deyib.
K.Qasımov 2024-cü ilin ölkənin turizm sektorunda həlledici illərdən biri olacağını diqqətə çatdırıb.
"Hesab edirik ki, bu il 2019-cu ilin rekord göstəricisinə çatacağıq. Cari ilin 4 ayının gostəriciləri bunu deməyə əsas verir. Nəzərə almaq lazımdır ki, əldə olunan irəliləyişlər məhdudiyyətlər şəraitində baş verir. Bununla belə qarşıdakı illərdə turizm sektorunun inkişaf yoluna qədəm qoyacağına umidliyik”,- deyə, o qeyd edib. (Report)