Ötən ilin nəticələrinə görə Azərbaycanda ictimai iaşə dövriyyəsi 2 milyard 374 milyon manat təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə ölkənin kafe və restoranlarının dövriyyəsi illik müqayisədə 332,8 milyon manat (16,3%) artım baş verib.
Məlumata görə ən kəskin artım Şuşa rayonunda hiss olunub. Rayonda ictimai iaşə dövriyyəsi 2,1 dəfə (3,4 milyon manat) artıb.
Qusarda illik müqayisə ilə 30,2% (3,2 milyon manat) artım baş verib.
Qubada isə ictimai iaşə dövriyyəsi 20,1% (2,7 milyon manat) artıb.
Balakəndə kafe və restoranların dövriyyəsi 18,7% (1,4 milyon manat) böyüyüb.
Lənkəranda isə il ərzində 17,3% (3,7 milyon manat) artım olub.
2024-cü ildə işğaldan azad edilmiş digər rayonların demək olar ki, heç birində ictimai iaşə dövriyyəsi olmayıb.
Yalnız Laçın və Xankəndi şəhərində 2023-cü il üzrə göstərici olmadığında 2024-cü ilə müqayisə etmək mümkün olmayıb.