Ötən ilin nəticələrinə görə Azərbaycanda ictimai iaşə dövriyyəsi 2 milyard 374 milyon manat təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, ən yüksək dövriyyə 1 milyard 696 milyon manat olmaqla Bakı şəhərində qeydə alınıb.
Sumqayıt şəhəri 53,1 milyon manatla 2-ci, Gəncə şəhəri isə 48,8 milyon manatla üçüncü olub.
Qəbələ rayonunda ictimai iaşə obyektləri təxminən 28,3 milyon manat, Xaçmaz rayonunda 27,2 milyon manat, Bərdə rayonunda isə 26 milyon manat əldə ediblər.
Lənkəran rayonunda ictimai iaşə dövriyyəsi 25,1 milyon manat, Abşeron rayonunda isə 22,1 milyon manatdan yüksək olub.
Növbəti 15 rayon üzrə isə dövriyyə 10-20 milyon manat arası təşkil edib.