2023-cü ilin yanvar-iyun aylarında İstanbula səyahət edən turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 17 faiz artaraq, 7 milyon 903 min 538 nəfər olub.
Azərbaycanda hotellər - 83,4% BOŞ QALIB
FED.az xəbər verir ki, bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən bildirilib.
"2023-cü ilin iyun ayında İstanbula 1 milyon 627 min 57 nəfər xarici turist səyahət edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə, 11 faiz çoxdur", - deyə məlumatda deyilir.
Qeyd edilib ki, İstanbula səyahət edən turistlər arasında 171 min 936 nəfərlə ruslar birinci olub. Rusiyanı Almaniya (115 min 987), İran (84 min 801), Səudiyyə Ərəbistanı (84 min 196), İngiltərə (75 min 91), İtaliya (50 min 149), Fransa (44 min 560), İraq (42 min 315), İsrail (9 min 522), Özbəkistan (38 min 358), Küveyt (38 min 258), Qazaxıstan (35 min 301), İordaniya (29 min 305) və Hindistan (23 min 912) izləyib. (Trend)