2024-cü ilin yanvar-iyun aylarında İspaniyaya xaricdən rekord sayda turist gəlib.
FED.az xəbər verir ki, bu barədə İspaniya Milli Statistika Xidməti məlumat yayıb.
Məlumata görə, ilk altı ayda ölkə 42,5 milyon əcnəbi qəbul edilib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13,3% çoxdur.
İspaniyaya ən çox Böyük Britaniya, Fransa və Almaniyadan turistlər gəlib (Marja).
Yanvar-iyun aylarında xaricdən gələn qonaqların ümumi xərcləri 2023-cü ilin birinci yarısı ilə müqayisədə 20,6% çox artımla rekord 55,57 milyard avro təşkil edib.
Bundan əvvəl İspaniyanın bəzi şəhərlərində kütləvi turizmə qarşı böyük etiraz aksiyaları keçirilib. Nümayişlərdə iştirak edənlər turizmə məhdudiyyətlərin tətbiq edilməsinin tərəfdarı olub, həmçinin bildiriblər ki, turistlərin kütləvi şəkildə gəlişi mənzil qiymətlərinin artmasına səbəb olur (Marja).