“İrAero” aviaşirkəti aprelin 4-dən Ufa-Baku və əks istiqamətdə uçuşlara başlayacaq.
Rusiyadan Azərbaycana daha bir reys açıldı - QİYMƏT
FED.az xəbər verir ki, bu barədə Ufa beynəlxalq hava limanının mətbuat xidmətinə istinadla bildirir.
Uçuşlar cümə axşamı günləri “Sukhoi Superjet 100” təyyarələri ilə həyata keçiriləcək. Uçuş müddəti 2 saat 40 dəqiqədir.
Ötən il aviadaşıyıcı martın 29-dan Ufa-Bakı marşrutu üzrə uçuş proqramına start verib.
Hazırda “Azerbaijan Airlines” və “Utair” aviaşirkətləri də analoji uçuş proqramı həyata keçirir. (İnterfaks-Azərbaycan)