Türkiyənin cənubunda yerləşən Antalya əyalətini bu ilin yanvar-fevral aylarında ziyarət edən əcnəbi turistlərin sayı 499 min 784 nəfər təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 10,82 faiz çoxdur.
Türkiyədə istirahət sürətlə bahalaşır - Turistlər Muğla və Antalyaya axışır - QİYMƏTLƏR
FED.az xəbər verir ki, bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi bildirir.
Türkiyənin “turizm paytaxtı”nı yanvar-fevral aylarında ziyarət edənlər arasında Rusiya vətəndaşları liderdir (106 min 304 turist). Liderlər üçlüyündə Almaniya (97 min 655) və Böyük Britaniya da (55 min 384) yer alıb. Siyahıda sonrakı yerlərdə Polşa, Qazaxıstan, Ukrayna, Niderland, İran, Belçika və Danimarkadır.
Qurumun məlumatına görə, fevralda bilavasitə Antalyaya istirahətə 270 min 686 əcnəbi turist gəlib.
Qeyd edək ki, ötən ilin yekunlarına görə Antalyaya ümumilikdə xaricdən 15 milyondan çox turist səyahət edib. (Azərtac)