Hər il havaların istiləşməsi ilə əlaqədar ölkəmizin müxtəlif bölgələrinə istirahətə gedənlərin sayı artır.
Rayonlara üz tutan insanların bir çoxu öz istirahətlərini buradakı müxtəlif istirahət mərkəzlərində, otellərdə keçirməyə üstünlük verirlər. Xüsusən tətil günlərində bölgələrdə yerləşən istirahət mərkəzlərinin, otellərin fəaliyyətində canlanma müşahidə edilir.
FED.az xəbər verir ki, Ramazan bayramı günlərində bölgələrdə yerləşən otel və istirahət mərkəzlərində otaqların qiyməti araşdırılıb. Əldə olunan nəticəyə əsasən, Azərbaycanın müxtəlif rayonlarında yerləşən otel və istirahət mərkəzlərinin bir çoxu bayram günlərində qiymətləri artırıb. Bəzi otellərdə adi günlərə nəzərən tətil ərəfəsində otaqların reserv qiymətlərində 3 dəfəyə yaxın artım müşahidə olunub.
Eləcə də bax: Bu il Antalya “qızmar olacaq” – BİR GÜNDƏ 76 MİN TURİST GƏLDİ
"Marxal Resort & Spa"
Şəkidə yerləşən bu istirahət mərkəzində adi günlər üçün standart iki nəfərlik eyvansız otağın qiyməti 120 manat, eyvanlı otağın qiyməti 140 manat, lüks otaqların qiyməti isə 180-200 manatdır. Bayram günləri üçün isə iki nəfərlik standart eyvansız otağın qiyməti 190 manat. eyvanlı otağın qiyməti 210 manat, lüks otaqların qiyməti isə 260-280 manat təşkil edir. Gündə üç dəfə qidalanmaq şərti ilə isə eyvanlı otaqların qiyməti 330 AZN, eyvansız otaqların 350 AZN, lüks otaqların qiyməti isə 400 AZN-dir.
"Qafqaz Tufandag Mountain Resort"
Qəbələnin ən çox üz tutulan otellərindən biri "Qafqaz Tufandag Mountain Resort"un qiymətlərində 3 dəfə bahalaşma qeydə alınıb. Belə ki, bu oteldə hazırda bir nəfərlik otağın qiyməti 111 AZN, iki nəfərlik otağın qiyməti isə 130 AZN olduğu halda, bayram günlərinə bir nəfərlik otağın qiyməti 341 AZN, iki nəfərlik otağın qiyməti isə 362,2 AZN-dir.
"Sakit Göl Hotel"
Şamaxının "Sakit Göl Hotel"ində isə qiymət artımı 2 dəfədən çoxdur. Bu oteldə adi günlərdə iki nəfərlik otağın qiyməti 102 manat təşkil edir. Bayram günlərinə rezerv etmək üçün isə iki nəfərlik otaq üçün 230 manat ödəniş etmək tələb olunur.
"River Inn Boutique Hotel"
Nabranda yerləşən bu istirahət mərkəzində Ramazan bayramı ərəfəsində qiymətlər dəyişilməyəcək. Həm adi, həm də bayram günləri üçün iki nəfərlik otağın və kottecin qiyməti gündə 3 dəfə qidalanmaqla 199 AZN, yalnız səhər yeməyi daxil olmaqla isə 139 AZN-dir.
"Quba Palace Hotel"
Bu oteldə adi günlər üçün iki nəfərlik dağ mənzərəli otağın qiyməti 150 manat, göl mənzərəli otağın qiyməti 170 manatdır. Ramazan bayramı günləri üçün isə iki nəfərlik dağ mənzərəli otaqlar üçün 200 manat, göl mənzərəli otaqlar üçün isə 220 manat ödəniş etmək tələb olunur. Qeyd edək ki, bu qiymətlərə SPA xidmətləri də daxildir.
"Altıağac Cənnət Bağı"
Xızıda yerləşən "Altıağac Cənnət Bağı" istirahət mərkəzində müştərilərə həm standart otellər, həm də kotteclər təklif olunur. Adi günlərdə oteldə iki nəfərlik otağın qiyməti 100 manat, kottecin qiyməti isə 110 manatdır. Bayram günləri üçün isə iki nəfərlik otağın qiyməti 140 manat, kottecin qiyməti isə 160 manat təyin olunub.
"Şamaxı Palace Şaradil"
Şamaxıda yerləşən bu oteldə iyunun 1-nə qədər bir nəfərlik otağın qiyməti 130 manat, iki nəfərlik otağın qiyməti isə 148 manatdır. İyun ayının 1-dən sonrakı tarix üçün otaqların qiyməti nisbətən dəyişir. Belə ki, bayram ərəfəsində bir nəfərlik otağın qiyməti 218 manat, iki nəfərlik otağın qiyməti isə 238 manat təşkil edir.
"Qafqaz Karvansaray Hotel"
Qəbələdə yerləşən "Qafqaz Karvansaray Hotel"də adi günlərdə bir nəfərlik otağın qiyməti 112 manat, iki nəfərlik otağın qiyməti isə 135 manat təşkil edir. Bayram günlərində isə bir nəfərlik otağın qiyməti 145 manat, iki nəfərlik otağın qiyməti isə 174 manatdır.
"Çinar Hotel and Spa"
Naftalan ərazisində yerləşən bu oteldə iyunun 1-nə qədər bir nəfər üçün bir gecəlik otağın qiyməti 121 manat, iki nəfər üçün isə 205 manatdır. Bayram günlərinə isə bu qiymətlər müvafiq olaraq 143 manat və 240 manatdır.
"Relax Hotel and Resort"
Lerikdə yerləşən "Relax Hotel and Resort" otelində kottec qiymətlərində dəyişiklik olmayacaq. Belə ki, bu oteldə iyunun 1-nə qədər iki nəfərlik otağın qiyməti 80 AZN, kotteclərin qiyməti isə 150 AZN-dir. Bayram günlərinə isə oteldə iki nəfərlik otağın qiyməti 100 manat, kottecin qiyməti isə 150 manat təşkil edir.
"Atlant Holiday Village"
Nabranda yerləşən bu istirahət mərkəzində adi günlər üçün iki nəfərlik otağın qiyməti 60 manatdır. Bayram günlərinə rezerv etmək üçün isə bir nəfərlik otağın qiyməti 60 manat, iki nəfərliki otağın qiyməti isə 70 manatdır.
"Qubek Hotel"
Balakənin "Qubek Hotel"ində həm bayram günləri, həm də adi günlər üçün bir nəfərlik otağın qiyməti 55 manat, iki nəfərlik otağın qiyməti 60 manatdır.
"Green House"
İsmayıllıda yerləşən bu istirahət mərkəzində həm bayram günləri, həm də adi günlər üçün iki nəfərlik kottecin qiyməti 50 manatdır.
"Shahdag Hotel & Spa"
Qusarda yerləşən "Shahdag Hotel & Spa" otelində həm adi günlər, həm də bayam günləri üçün iki nəfərlik otağın qiyməti 145 manat təşkil edir.
Qeyd edək ki, qiymətlər otellərlə əlaqə saxlanılaraq öyrənilib. Siyahıda yer alan qiymətlərin hamısına səhər yeməyi də daxildir.