İstanbulda inşa edilən 3-cü hava limanından ilk uçuşların istiqaməti məlum olub. FED.az xəbər verir ki, Türk Hava Yolları şirkətinin baş direktoru Bilal Ekşi bildirib ki, yeni aeroportdan ilk daxili uçuş Ankaraya, xarici uçuşlar isə Azərbaycan ve Şimali Kipr Türk Cümhuriyyətinə ediləcək.
Şirkət rəhbəri yeni aeroportun işə düşməsi ilə bağlı THY-nin yeni işçilərə tələbatını da açıqlayıb. Onun sözlƏrinə görə, İstanbul Yeni Hava limanının fəaliyyətə başlaması ilə yer xidmətləri göstərən «Turkish Ground Services» şirketinə 600 nəfər, THY-nin özünə isə 3 min nəfər işçi tələb olunacaq.