Banner

Turizm

İstanbulda reyslər təxirə salınıb

İstanbulda reyslər təxirə salınıb | FED.az
10:25 7 Yan 2019

İstanbulda bir sıra daxili və beynəlxalq aviareyslər təxirə salınıb. FED.az xəbər verir ki, reyslərin təxirə salınması barədə "Türkiyə Hava Yolları"nın saytı xəbərdarlıq edib. Bildirilir ki, avaireyslərin təxirə salınmasına səbəb hazırda burada müşahidə olunan güclü qar yağmasıdır.

Qeyd edək ki, əsasən Atatürk hava limanında avireyslər təxirə düşüb.

Daxili avireyslərdən İstanbul-Sinop, İstanbul-Antalya və İstanbul-Qaziantep, beynəlxalq aviareyslərdən isə İstanbul-Saloniki, İstanbul-Kişinyov, İstanbul-Xarkov, İstanbul-Odessa, İstanbul-Belqrad təxirə düşüb.

Eləcə də bax: Bu ölkəni tərk edən turistlərdən də vergi alınacaq

Xatırladaq ki, sonuncu dəfə İstanbulda aviareyslər bu ilin yanvarın 4-də dayanıb.

"Türk Hava Yolları"ndan FED.az-a verilən məlumata görə, İstanbuldan Bakıya uçan təyyarələrin qrafikində heç bir dəyişiklik yoxdur. "Nə reyslərin təxirə salınması, nə də gecikməsi baş verməyib" - deyə nümayəndəlikdən bildirilib.

Digər xəbərlər

Banner