Türkiyənin turizm mərkəzi sayılan İstanbula gələn turistlərin sayı bu il ilk dəfə olaraq yerli əhalinin sakinlərinə çatacaq.
FED.az xəbər verir ki, bu barədə İstanbul Ticarət Palatasının rəhbəri Şekib Avdagiç bildirib. «Gözləntimiz tarixdə ilk dəfə İstanbula gələn turistlərin sayının İstanbul əhalisinin sayını keçməsidir. Hazırkı statistika göstərir ki, 2019-cu il üçün 15,5 milyon turist gələcək»-deyə palata rəhbəri bildirib.
Eləcə də bax: İstanbul restoranında ofisiantları - ROBOTLAR ƏVƏZLƏDİ
Şekib Avdagiç bildirib ki, Qərbli turistlərin geri gəlmə nisbəti artıb. Bununla yanaşı, İstanbulda otellərdə qalanların sayı da artıb və nəticədə otellərin doluluğu 87%-ə yüksəlib.
Bütün bunlar isə İstanbulda otel qiymətlərində də 27% artıma səbəb olub.