İranda baş verən devalvasiya və milli valyutanın dəyərinin itirməsi bir sıra məsələlərlə yanaşı, İran vətəndaşlarının Azərbaycana səfərlərinə də mənfi təsir edib. Bu barədə FED.az-a açıvqlamasında turizm eksperti Firdovsi Xəlilov bildirib. Onun sözlərinə görə, İran turistlərinin azalmasının səbəbi son bir ildə İranda baş verən kasıblaşma olub: «Son il ərzində İran valyutası 4 dəfə dəyər itirib. İranda 100 dollar 27 min tüməndən 110 min tümənə yüksəlib. Nəticədə İranlı ailələrin imkanları məhdudlaşıb, yəni turizmə xərclədiyi pullar da azalıb».
Eləcə də bax: «Pulu da nağd xərcləyirdilər» - Azərbaycana gələn turistlər azalıb – OTELLƏR BOŞALIR
Ekspert deyir ki, hazırda iranlılar. Azərbaycan vətəndaşlarının 2-3 il əvvəl yaşadıqlarını yaşayırlar: «Onların nə hiss etdiyini biz də başa düşə bilərik, 2015-ci ilədək bizdə xaricdə səyahətə meylli idik, amma bizim valyuta 2 dəfə dəyərsizləşdi, İranda isə bu azalma daha kəskin oldu və bu özünü turizmə də göstərir».
Onun sözlərinə görə, məhz bunun nəticəsində iki il əvvəllə müqayisədə, hazırda Novruz Bayramı üçün mart bronlarının sayı xeyli aşağıdır.