2023-cü ilin yanvar-may aylarında Azərbaycandan xaricə 634 min nəfər səfər edib . 2022-ci ilin eyni dövrünə nisbətən xaricə səfər edən vətəndaşların sayında 19% artım var.
Azərbaycan İran vətəndaşlarına hava limanlarında - ViZA VERMƏYİ DAYANDIRIR - RƏSMİ
FED.az xəbər verir ki, bu dövrdə azərbaycanlıların ən çox səfər etdiyi ölkə Türkiyə olub. Belə ki, ölkə vətəndaşlarının 39 faizi Türkiyəyə, 24,3 faizi Rusiyaya, 9,4 faizi Gürcüstana, 7,9 faizi İrana, 19,4 faizi digər ölkələrə səfər edib. Xaricə səfər edən hər 10 nəfərdən 7-si kişi, 3-ü qadındır.
Hesabat dövründə Rusiyaya gedən Azərbaycan vətəndaşlarının sayı 1,9 dəfə, Gürcüstana gedənlərin sayı 36,5 faiz artıb.
Əvəzində İrana gedənlərin sayı 29,1 faiz, Türkiyəyə gedənlərin sayı 0,4 faiz azalıb.
Dövlət Statistika Komitəsi xəbər verir ki, 2023-cü ilin yanvar-may aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 30 faizi dəmir yolu və avtomobil, 2,8 faizi gəmi, 67,2 faizi isə təyyarədən istifadə edib.