"Avropa İttifaqının (Aİ) Azərbaycanla imzalanmağı planlaşdırdığı aviasiya sazişi ölkəyə turist axınını gücləndirəcək, milyonlarla avropalının Azərbaycana gəlməsinə səbəb olacaq".
FED.az xəbər verir ki, bunu açıqlamasında Aİ-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib.
Onun sözlərinə görə, sazişin layihəsi Azərbaycna tərəfinə təqdim edilib: "Hazırda Azərbaycan sazişlə bağlı hesablama və qiymətləndirmə aparır, nəticəsini gözləyirik".
K.Yankauskas qeyd edib ki, hazırda Azərbaycanda aviabiletlər bahadır: "Bu sazişin imzalanması uçuşları ucuzlaşdıracaq. Bu isə milyonlarla avropalının həm biznes, həm istirahət üçün Azərbaycana üz tutmasına şərait yaradacaq. Saziş insanlara kömək etməklə yanaşı əlaqələrimizi genişləndirəcək".