Bu ilin yanvar-mart aylarında 39 min 234 nəfər əcnəbi turist Azərbaycanda göstərilmiş xidmətlərdən narazı qalıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Belə ki, turistlərin ən çox narazı qadığı xidmət növü avtobusla sərnişin daşınması olub. 9,2 min nəfər avtobus xidmətini bəyənməyib.
7 min 4 nəfər restoranlardı xidmətlərdən narazı qalıb.
5 min 517 nəfər taksilərin xidmətini bəyənməyib.
Bakı metrosundan istidadə etmiş tursitlərin 2 min 374 nəfəri bu nəqliyyatdan narazı olub.
3 min 453 nəfəri yerləşmə xidmətləri, 1 484 nəfəri turagentlərin xidmətiəri, 4 min 439 nəfəri bələdçi xidmətləri 5 min 763 nəfəri isə digər xidmətlər qane etməyib.