İstirahət mərkəzləri hovuzlara və aquaparklara giriş haqlarını qaldırıblar.
FED.az-ın məlumatına görə, Mərdakan, Novxanı, Nardaran və Bilgəhdə dəniz sahilində yerləşən əksər istirahət mərkəzləri qiymətləri 5 manat artırıblar. Məsələn, böyüklər üçün qiymətlər - həftə içi üzrə 15 manatdan 20 manata, həftə sonu üzrə 20 manatdan 25 manata qaldırılıb.
İstirahət mərkəzləri yaşı 12-dən yuxarı şəxsləri böyük kateqoriyasına daxil edirlər.
Yaşı 6-12 yaş aralığında olan uşaqlar üçün isə qiymətlər isə istirahət mərkəzindən asılı olaraq 10 manatdan 15 və 20 manata qaldırılıb.
İstirahətə ailəvi getməyi nəzərdə tutanlar qiymət artımından məyus olublar. İndi 2 böyük və uşaqdan ibarət 4 nəfərlik ailənin həftə sonu hovuzlara və aquaparklara girişi 90 manata başa gəlir. Nahar da nəzərə alındıqda qiymət 130-150 manatadək qalxır. Yay fəslində Azərbaycanda 10 dəfə hovuzlara və aquaparklara getmək istəyən ailələr azı 1300 manat xərcləməli olacaqlar.