2021-ci ilin yanvar-mart aylarında Azərbaycan mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 2020-ci ilin eyni dövri ilə müqayisədə 36,9 faiz azalaraq 299,5 min olub.
Eləcə də bax: Azərbaycanda hotellərin gəlirləri - 43% Azalıb
FED.az xəbər verir ki, gecələmələrin 48,5 faizi Bakıda, 11,2 faizi Qusarda, 10,6 faizi Qəbələdə, 5,4 faizi Qubada, hər birində 4,7 faiz olmaqla Lənkəran və Şabranda, 3,2 faizi Naftalanda, 2,2 faizi Mingəçevirdə, 2,1 faizi Şamaxıda, 0,7 faizi Gəncədə, hər birində 0,6 faiz olmaqla Masallı və Zaqatalada, 0,5 faizi Qaxda, 5,0 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 5,9 dəfə azalaraq 53,3 min olmub ki, bu da ümumi gecələmələrin 17,8 faizini təşkil edir.
Gecələmələrin 13,3 faizi Türkiyə, 13,2 faizi Böyük Britaniya, 11,4 faizi Rusiya Federasiyası, 5,6 faizi Almaniya, 4,6 faizi İtaliya, 3,2 faizi ABŞ, 2,0 faizi Ukrayna, 2,0 faizi Niderland, 1,9 faizi Belarus, 1,9 faizi İsrail, 1,4 faizi Norveç, 1,2 faizi Qazaxıstan, 1,0 faizi Hindistan, 1,0 faizi Polşa, 36,3 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb. Qeyd etmək lazımdır ki, 2020-ci ilin aprel ayından 2021-ci ilin mart ayına qədər əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkəmizə əsasən qeyri-turizm məqsədi ilə səfər ediblər.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 79,1 faizi Bakıda, 12,8 faizi Qusarda, 2,8 faizi Qəbələdə, 1,9 faizi Mingəçevirdə, 1,3 faizi Şabranda, 0,9 faizi Naftalanda, 0,6 faizi Qubada, 0,6 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb. Azərbaycan Respublikası vətəndaşları üzrə mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə 54,2 faiz artaraq 246,2 min olub. (Trend)