FED.az hotelin yaydığı məlumata istinadən xəbər verir ki, bu yeni il proqramı 31 dekabrda başlayır və 2 yanvar tarixinə qədər davam edəcək. Məlumata görə bayram paketlərinin qiymətləri bir-birindən fərqlənir.
Hoteldən bildirdilər ki, yeni il proqramı çərçivəsində otaqların artıq 80%-i indidən bron edilib, ödənişi də olunub.
FED.az bayram paketlərinin qiymətlərini təqdim edir:
- Deluxe Mountain View King - 1999 AZN;
- Deluxe Mountain View Twin - 1999 AZN;
- Deluxe Lake View King - 2099 AZN;
- Deluxe Lake View Twin - 2099 AZN;
- Junior Suite - 2199 AZN;
- Honeymoon Suite - 2399 AZN;
- Family Suite (4 nəfərlik) - 3399 AZN;
- Manna Villa (2 nəfərlik) - 2499 AZN;
- Midiya Villa (6 nəfərlik) - 5999 AZN;
- Urmiya Villa (8 nəfərlik) - 7999 AZN;
- Atropetana Villa (8 nəfərlik) - 7999 AZN.
Yuxarıdakı qiymətlərə, eyni zamanda, qidalanma, Wi-Fi xidmətinə ödənişsiz qoşulma, otelin hovuz, sauna,türk hamamı və fitness zal kimi əlavə xidmətlərindən istifadə də daxildi.
Hoteldən bildirdilər ki, 2 yaşadək uşaqlar üçün ödəniş tələb edilmir. 2-6 yaşlı uşaqlara əlavə çarpayı üçün 50 AZN, 6-12 yaşlı uşaqlara 100 AZN, 12 yaşdan böyük şəxslər üçün 150 AZN ödəniş tələb olunur. Əlavə çarpayı qiymətləri 1 gün üçün nəzərdə tutulub.
Yeni İl proqramı:
31.12.2017
- 20:00 Lobby-də qonaqların qarşılanması
- 20:30 Qonaqların Şimal zalına girişi
- 20:30 Ansambl çıxışı
- 20:50 Murad Ariflə Yeni İl proqramının açılışı
- 21:00-22:00 Sevda Yəhyayevanın çıxışı
- 22:00-22:30 Murad Arifin çıxışı
- 22:30 Ayaz Qasımovun ifası
- 23:50 Prezidentin Yeni İl təbriki
- 00:00 Atəşfəşanlıq
- 00:10 Ayaz Qasımov və Murad Ariflə konsertin davamı
- 01:15 Dj Kənanın çıxışı.
01.01.2018 – Əyləncə Proqramı
- 10:30-11:00 Böyüklər üçün səhər gimnastikası
- 11:30-21:30 Uşaqlar üçün animasiya proqramı
- 21:00-23:00 Lamiyə Novruzovanın çıxışı və Miri Yusifin konserti
- 23:00 Dj Kənanın çıxışı
02.01.2018
- 10:30 -11:00 Böyüklər üçün səhər gimnastikası
- 11:30-21:00 Uşaqlar üçün animasiya proqramı
- 21:30 Diamond Club-da “Twenty Five” qrupunun çıxışı
- 00:00 Dj şou
03.01.2018
- 10:30 -11:00 Böyüklər üçün səhər gimnastikası
- 11:30-21:00 Uşaqlar üçün animasiya proqramı
- 21:00 Lobby Lounge-da Ülkər Əliyevanın çıxışı
- 23:00 00:00 Karaoke
- 00:00 Dj şou