Ötən il Azərbaycanda olan mehmanxanaların gəlirləri 2016-cı illə müqayisədə 18,2% artaraq 283,7 milyon. manat olub.
Eləcə də bax: Bakı hotelləri aeroporta nə qədər yaxındır – MƏSAFƏ, GEDİŞHAQQI
FED.az Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, gəlirlərin 67,9%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 22,2% içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 1,9% müalicə və sağlamlıq xidmətlərindən, 8 faiz isə digər xidmətlərin göstərilməsindən əldə edilib. Gəlirlərin 191,8 milyon manatı (67,6%) xarici vətəndaşlara göstərilmiş xidmətlər nəticəsində formalaşıb.
Eləcə də bax: İlham Əliyev: «Hüquq mühafizə orqanları otellərə müdaxilə edirlər»
2016-cı illə müqayisədə mehmanxanaların xidmətlərindən istifadə edən əcnəbi turistlərin sayı 26,3% artaraq 981,0 min nəfər olub. Yerləşdirilmiş xarici ölkə vətəndaşları arasında Rusiya vətəndaşları 14,4%, Böyük Britaniya vətəndaşları 8,1%, Türkiyə vətəndaşları 7,3%, İran vətəndaşları 7,2%, ABŞ vətəndaşları 3,0%, Ukrayna vətəndaşları 2,3%, Almaniya vətəndaşları 2,2%, İtaliya vətəndaşları 1,8%, Gürcüstan vətəndaşları 1,5%, digər ölkələrin vətəndaşları 52,2% təşkil edib.
Eləcə də bax: Turistlərdən rüşvət alıb, dilənçilik edirlər – PREZİDENT ƏSƏBİLƏŞDİ