Azərbaycanda fəaliyyət göstərən iki böyük qış istirahət kompleksi olan “Tufandağ” və “Şahdağ”qış mövsümünü açıq elan edib.
Yeni mövsümün açılışı əlaqədər olaraq FED.az hər iki kompleksdə əyləncə mərkəzlərinin qiymətlərini öyrənib. Qəbələdə yerləşən “Tufandağ qış-yay” kompleksində snoubord, “sanka” kanat və xizək kimi əyləncə mərkəzləri var.
Eləcə də bax:«Şahdağ» turizm mərkəzində – XİZƏK MÖVSÜMÜ BAŞLADI
Əyləncə mərkəzində tam snoubord dəsti 46 manatdır. Sadəcə snoubord dəstinin bir günü 30 manatdır. Bu qiymətə dəbilqə, qış ayaqqabısı və snoubord daxildir. Ayrı - ayrılıqda isə qış ayaqqabısı 10 manat, snoubord 15 manat, şalvar-8 manat, dəbilqə 5 manat, gödəkcə isə 8 manatdır.
Eləcə də: “Şahdağ”da restoran qiymətləri – SİYAHI
Bu sadalananları aldıqdan sonra xizək bileti alınmalıdır.Biletin qiyməti bir gün üçün 20 manat, yarımgün üçün isə 15 manatdır. Həfətsonu xizəyin bir günü 25 manat, yarımgünü 20 manatdır.
Ümumilikdə Tufandağda 4 kanat yolu fəaliyyət göstərir . Hazırda 2 kanat fəaliyyət göstərir. Kanata böyüklər üçün 15 manat, 6-11 yaş uşaqlar üçün isə bilet 10 manatdır.
Bundan başqa tubinqdən- 5 dəfə istifadə 20 manat, “sanka”dan istifadə isə çeşidindən asılı olaraq 15-30 manata arasında dəyişir.
“Şahdağ” istirahət kopmpleksində isə əyləncə vasitələrindən istifadə qiymətləri aşağıdakı kmidir: