2024-cü ilin 1-ci rübündə Gürcüstanın beynəlxalq turizmdən gəlirləri rekord həddə çatıb.
FED.az xəbər verir ki, Gürcüstanın Milli Turizm Administrasiyasının məlumatına görə, ilk 3 ayda ölkə xarici turistlərdən 807 milyon dollar gəlir əldə edib.
Bu pandemiyaya qədər olan 2019-cu ilin göstəricisindən 40%, ötənilki göstəricidən isə 1,5%, yəni 12 milyon dollar artıqdır.
İlk 3 ayda Gürcüstana 930 min xarici turist səfər edib, bu sahədə 11% artım var.