Bu ilin I rübündə Gürcüstanın turizm gəlirləri 807,7 milyon ABŞ dolları təşkil edib.
Azərbaycanda hotellərin gəlirləri 32% artıb
FED.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyası məlumat yayıb.
Məlumata görə, bu, ötən illə müqayisədə 1,5 % çoxdur və Gürcüstan üçün rekord sayılır.
Yanvar-mart aylarında Gürcüstanda ən çox Rusiya vətəndaşları pul xərcləyib -171,2 milyon ABŞ dolları. Digər yerlərdə isə Türkiyə (117,51 milyon ABŞ dolları), Avropa İttifaqı ölkələri (108,3 milyon ABŞ dolları), İsrail (65,7 milyon ABŞ dolları) və Azərbaycan (40,6 milyon ABŞ dolları) qərarlaşıb. (Report)