Gürcüstanın 2026-cı ilin yanvar-mart aylarında Azərbaycandan olan turistlərdən gəliri 48,1 milyon dollar təşkil edib, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 1 % azdır.
Müharibə Azərbaycana gələn ərəblərin sayına mənfi təsir edib - 11 FAİZƏ YAXIN AZALMA
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankı bildirir.
Ümumilikdə, 2026-cı ilin yanvar–mart aylarında ölkə beynəlxalq turizmdən 829,8 milyon dollar məbləğində gəlir əldə edib, bu da il ərzində 0,5 % artım deməkdir.
Əsas ölkələrdən ümumi daxilolmalar aşağıdakı kimi paylanıb: Aİ - 140,7 milyon dollar (36 % artım), Türkiyə - 120,1 milyon dollar (12 % artım), Azərbaycan - 48,1 milyon dollar (1 % azalma), Ukrayna - 45,3 milyon dollar (34 % artım), Ermənistan - 28,8 milyon dollar (2 % artım), Belarus - 16 milyon dollar (1 % artım), Səudiyyə Ərəbistanı - 12,9 milyon dollar (48 % artım).
Qeyd edək ki, 2025-ci ildə Gürcüstanın turizmdən gəlirləri rekord səviyyədə - 4,69 milyard dollar təşkil edib (2024-cü ilin səviyyəsinə nisbətən 6 % artım). Bununla yanaşı, Azərbaycandan olan turistlərdən gəlirlər 33 % artaraq 223 milyon dollara çatıb.(Report)














