Bu gündən Gürcüstanda mehmanxanaların və hər növ restoranların fəaliyyəti bərpa edilir.
FED.az xəbər verir ki, Gürcüstan hökümətinin qərarına əsasən, sözügedən obyektlər bu gündən etibarən xüsusi qaydalar əsasında fəaliyyətlərini bərpa edəcəklər.
Eləcə də bax: Gürcüstanın xarici turistlərdən əldə etdiyi gəlirləri 70% azalacaq - PROQNOZ
Qaydalara əsasən, mehmanxanaların fəaliyyətlərini bərpa etmələri üçün Səhiyyə Nazirliyi tərəfindən baxışdan keçməli və müəyyən edilmiş gigiyenik normalara cavab verdiyini göstərən xüsusi sənəd əldə etməlidirlər. Restoranlarda isə masalar arasında məsafə gözlənilməli, hər masa arxasında 6-dan çox müştərinin əyləşməsinə icazə verilməməlidir.(Apa)