Avropa İttifaqı (Aİ) iyulun 1-dən Gürcüstan vətəndaşlarının Aİ ərazisinə girişinə qoyulan qadağanı ləğv edəcək.
FED.az xəbər verir ki, APA-nın məlumatına görə bu barədə "Le Monde" nəşri məlumat yayıb.
Azərbaycan vətəndaşlarının vizasız gedə biləcəyi ölkələrin - SİYAHISI YENİLƏNİB – RƏSMİ
İttifaqa üzv ölkələrin səfirləri Gürcüstan da daxil olmaqla 14 ölkənin (Avstraliya, Yeni Zelandiya, Yaponiya, Cənubi Koreya, Kanada, Montoneqro, Serbiya, Tailand, Uruqvay, Ruanda, Əlcəzair, Mərakeş və Tunis) vətəndaşlarının iyulun 1-dən Aİ ərazisinə sərbəst girişinə icazə verilməsi barədə razılığa gəlib. ABŞ, Türkiyə, Rusiya, İsrail və Səudiyyə Ərəbistanı bu ölkələrin siyahısına daxil edilməyib.
Türkiyə Azərbaycan vətəndaşları üçün viza müddətini - 90 GÜNƏDƏK UZADIB