Bir neçə gün əvvəl ABŞ hökuməti «Green card» proqramının nəticələrini açıqlayıb.
FED.az-ın məlumatına görə, ABŞ-a leqal köçmək üçün ən real imkan sayılan «Green card»a Azərbaycanda da böyük maraq var. Hər il Azərbaycandan «Green card» proqramına 60-90 min nəfər müraciət edir. Hələlik 2025-ci il proqramı üzrə Azərbaycandan «Green card» udanların sayı məlum deyil.
Amma əvvəlki illərin təcrübsi göstərir ki, ölkəmizdən bu proqram üzrə ABŞ-a köçmək üçün müraciət edənlərin qalib gəlmək ehtimalı 1,2-3% arasında dəyişir.
Belə ki, Azərbaycandan «Green card» üçün müraciətlərin sayının çox az olduğu 2015-ci ildə - həmin il 14 min nəfər müraiət etmişdi – bu proqrama 454 nəfər seçilmişdi, bu ümumi müraciətlərin 3,25%i deməkdir.
Ondan sonrakı illərdə uduş faizi kəskin azalaraq 1,2-1,3%-ə enib. 2020-ci ildə Azərbaycandan «Green card» udanların sayı ümumiyyətlə 1%-dən də az olub – 91 mindən artıq müraciət sahibinin cəmi 899-u qalib gəldiyinə sevinib.
2021-ci ildə isə «Green card» uduşu şansı daha da artıb və 2,73%-ə yüksəlib. 2021-ci ildən sonrakı dövr üçün statistik məlumatlar açıqlanmadığına görə, uduş faizini hesablamaq mümkün omayıb.
Ümumiyyətlə isə son Azərbacandan «Green card» udaşlarının sayı artmaqdadır. 2019-cu ildə bu proqramın qaliblərinin sayı 1200 nəfəri keçib. Ondan sonrakı illərdə uduş sayı artıb-azalmaqla 2021-ci ildə 1400 nəfərə, 2024-cü ildə isə 2046 nəfərə çatıb.
Bununla yanaşı, rəqəmlər göstərir ki, qonşu ölkələrdə «Green card» proqramını udmaq Azərbaycana nisbətən daha asandır. Belə ki, Gürcüstan və Ermənistanda ABŞ-ın bu proqramına seçiənlərin sayı Azərbaycandan xeyli artıqdır – məsələ təkcə müraiət sayında deyil, ümumiyyətlə 2 qonşu ölkədə uduş faizi Azərbaycanla müqayisədə yüksəkdir.
Ermənistan «Green card» proqramında ən aktiv iştirak edən ölkələrdəndir – Azərbaycandan 14 min nəfər, Gürcüstandan isə 23 min nəfərin müraciət etdiyi 2015-ci ildə Ermənistandan bu proqrama 56 min nəfər müraciət etmişdi. Sonrakı illərdə də bu vəziyyət davam edib.
2018-2019-cu illərdə isə Ermənistandan kart almaq istəyənlərin sayı 100-110 min nəfəri keçib – yəni ölkənin faktiki əhalisinin hər 20 nəfərindən biri.
Gürcüstandan müraciətlər sayı Azərbaycandan artıq deyil, amma uduş sayında gürcülər və ermənilər daha irəlidədir.
Birgə onu qeyd etmək kifayətdir ki, son 10 ildə Azərbaycandan bu kartı udanların sayı cəmi 4 ildə 1000 nəfəri keçib. Gürcüstanda bu rəqəm 6 ildir. Ermənistanda isə «Green card» udanların sayı heç vaxt 1000dən az olmayıb.
Nəticədə, 2015-2024-cü illərdə, yəni son 10 ildə Azəraycandan 10 min nəfər «Green card» udduğu halda, Gürcüstanda bu rəqəm 14 min, Ermənistanda isə təqribən 23 min nəfərdir.