Gürcüstan prezidenti Zurabişvili “Georgian Airways”in Rusiyaya uçuşları ilə bağlı xidmətlərindən imtina edib
FED.az xəbər verir ki, Gürcüstan prezidenti Salome Zurabişvili bəyan edib ki, o, Gürcüstanın “Georgian Airways” aviaşirkətinin Rusiya Federasiyasına uçuşlara başlaması səbəbindən şirkəti boykot edib və bundan sonra onun xidmətlərindən istifadə etməyəcək. Bu barədə “Mtavari Arkhi” telekanalı məlumat yayıb.
O, həmçinin hər kəsi əvvəlki hakimiyyət dövründə olduğu kimi dövlətdən varlanmaq üçün istifadə edən aviaşirkətin boykotuna qoşulmağa çağırıb.
"Bu, COVİD dövründə də davam etdi və indi o (yəni şirkət), əhalinin əksəriyyəti üçün qəbuledilməz olan yeni reallıqdan (Rusiya Federasiyasından uçuşların bərpası) yararlanmaq istəyir" dedi Zurabişvili.
Xatırladaq ki, mayın 10-da Rusiya prezidenti Vladimir Putin Rusiya aviaşirkətlərinin Gürcüstana uçuşlarına 2019-cu ilin iyun ayından qüvvədə olan qadağanı ləğv edib və Rusiya Federasiyasına gələn Gürcüstan vətəndaşları üçün də vizasız rejim bərpa edilib. Bu il mayın 16-da şirkətə Rusiyaya uçuşlara icazə verilib. Mayın 20-də isə Gürcüstanın “Georgian Airways” aviaşirkətinin ilk təyyarəsi paytaxtın Vnukovo hava limanına enib.
ABŞ Gürcüstandan Rusiyaya uçuşların bərpasında narahat olmuşdu, Gürcüstan prezidenti Salome Zurabişvili isə viza rejiminin ləğv edilməsini Gürcüstan uçun təhlükəli adlandırmışdı. Gürcüstan hökuməti isə bə qərarda narahatlıq doğuran bir hal olmadığını bildirib.
Qeyd edək ki hazırda Gürcüstanda hökumət (baş nazir) ilə prezidentin fikirləri əksər əsas məsələlərdə üst-üstə düşmür.