Gürcüstan hökuməti Tsxaltubo kurortunda yerləşən 14 sanatoriyanı satışa çıxaracaq.
FED.az xəbər verir ki, sovet dövründə Gürcüstanın məşhur kurortu sayılan Tsxaltubo-dakı 14 sanatoriya ümumilikdə 50 milyon lari (təqribən 16 milyon dollar) qiymətə satışa çıxarılıb.
Bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili «Tsxaltubonun yeni həyatı» barədə prezentasiyada bildirib.
«Bütün məsələlər – su, baş plan – artıq həll edilib. İndi biz 14 sanatoriyanı 50 milyon lariyə satışa çıxarırıq»-deyə baş nazir bildirib.
Gürcüstan hökuməti gözləyir ki, kurortun yenidən qurulmasına təqribən 500 milyon avro (166 milyon dollar) xərclənəcək.
Baş nazirin sözlərinə görə, bu özəl investisiyalar olacaq, dövlət də bura onlarla milyon lari yatıracaq ki, «Tsxaltubo dünya səviyyəli müasir balğneoloji kurorta çevrilsin».
Baş nazir bildirib ki, 2019-cu ildə bu kurorta cəmi 25 min turist gəlib, amma bir neçə ilə bu rəqəm 2 dəfə artacaq.
Qeyd edək ki, Tsxaltubo Kutaisidən 7 kilometr məsafədə dənizdən 100 metr hündürlükdə yerləşir. Kurort öz şəfalı suyu ilə məşhurdur, ona «ölməzlik» suyu adı veriblər. Sovet dövründə burada 19 sanatoriya vardı, sonradan burada Abxaziyadan gələn qaçqınlar yerləşiblər.