Xəbər verildiyi kimi, ABŞ-da yaşamağa və işləməyə imkan verən “Green card” («Yaşıl kart») proqramında yenidən problem yaranıb.
Bir neçə gün əvvəl Braun Universitetində baş verən atışmada şübhəli bilinən şəxsin ölkəyə “Green card” vasitəsilə gəldiyi məluma olan kimi, ABŞ hökuməti bu bu proqramı müvəqqəti dayandırıb.
FED.az-ın məlumatına görə, ABŞ-ın daxili təhlükəsizlik naziri Kristi Noem elan edib ki, bu qərar prezident Trampın göstərişi ilə verilib: «Qərar verilib ki, bu zərərli proqram səbəbindən amerikalılara artıq zərər dəyməsin»-deyə nazir bildirib.
Başqa sözlə, ABŞ-da dəfələrlə müzakirəyə səbəb olan “Green card” proqramı ilə bağlı növbəti problem yaranıb. Nəticədə ABŞ-a üz tutmaq istəyənlər seçim qarçsında qalıb və alternativlər axtarırlar. Bunlardan biri Avropa Birliyinin «Blue Card» («Mavi kart») proqramıdır.
Avropa birliyinin «Mavi Kartı» Abş-ın “Green card”ındjan fərqlənir. «Mavi Kart» hər bir vətəndaş üçün deyil, yalnız ixtisaslı mütəxəssislər üçün Avropada yaşayış icazəsidir.
«Mavi Kart» Danimarka və İrlandiya istisna olmaqla, bütün Avropa Birliyi ölkələrində işləyir və iş ilə əlaqəli immiqrasiya üçün 25 istiqaməti əhatə edir. «Mavi Kart» 2009-cu ildə işə düşüb və ondan bəri onu almaq şərtləri bir neçə dəfə yumşaldılıb, çünki Avropada demək olar bütün ölkələrdə ixtisaslı işçi qıtlığı var.
FED.az bu sahəyə olan marağı nəzərə alaraq «Mavi kart»ın detallarını izah edir.
«Mavi Kart»ın üstünlükləri və çatışmazlıqları
Avropa Bbirliyinin «Mavi Kartı» Avropaya köçmək və uğurlu karyera qurmaq üçün bir fürsətdir. Lakin, hər hansı bir proqram kimi, bunun da öz nüansları var.
«Mavi Kart»ın üstünlükləri
Kart sadələşdirilmiş prosedurla işlənir. Avropa qanunvericiliyinə görə, ərizənin işlənməsi 60 gündən çox çəkməməlidir, reallaqda isə proses cəmi 1-1,5 ay çəkir.
«Mavi Kart»ın qüvvədə olduğu müddət 4 ildir, bu müddətdə ölkədə yaşamaq, Avropa ölkələri daxilində vizasız işləmək və səyahət etmək hüququ olur. «Mavi kart»ı alanın ailə üzvləri (həyat yoldaşı və yetkinlik yaşına çatmayan uşaqları) da işləmək hüququ ilə yaşayış icazəsi alırlar. Bu kart işçiyə imkan verir ki, işəgötürəni dəyişə bilsin. Yəni Avropaya gəlmək üçün bağlanılmış əmək müqaviləsini buraya gəldikdən sonra ləğv edləmək olar, amma yeni iş yerini tapmaq üçün 3 ay vaxt verilir. «Mavi Kart»ı alan adam, işlədiyi yerlə yanaşı, digər özəl məşğulluq proqramına da qoşula bilər.
Maraqlı məqamlardan biri olur ki, «Mavi kart» udanlar Avropada daimi yaşayışa da baş verə bilərlər, məsələn Almaniyada Mavi Kartla cəmi 21 ay yaşadıqdan sonra daimi yaşayış üçün müraciət etmək olar.
«Mavi Kart»ın çatışmazlıqları
Proqramın əsas tələblərindən biri odur ki, «Mavi kart»la Avropaya işləməyə getmək üçün əvvəlcə Avropadakı işəgötürənlərdən biri ilə azı 6 aylıq müddətə müqavilə bağlanmalıdır. Problem - belə işəgötürəni tapmağın çətinliyidir.
Tələblərə görə, «Mavi kart» almaq istəyən namizəd göstərilən boş iş yerinə aidiyyatı olan ali təhsilə malik olmalıdır. Yəni, məsələn, ixtisas tibbdirsə, marketinq mütəxəssisi vakansiyası ilə «Mavi Kart» almaq mümkün olmayacaq. Lakin qaydalar 2023-cü ildə dəyişdirilib və yumşaldılıb: indi diplom əvəzinə beş illik (və ya bəzi ixtisaslar üçün üç illik) müvafiq iş təcrübəsini sübut etmək olsa, «Mavi kart»a baş vurmaq olar.
Digər məhdudiyyət - işəgötürənizi yalnız bir ildən sonra dəyişə bilərsiniz — müqavilənizi daha əvvəl ləğv etməyə çalışsanız, proqram tələblərini pozmuş olacaqsınız və «Mavi Kart» ləğv ediləcək.
Bundan başqa, işçinin əmək müqaviləsindəki maaş, qəbul edən ölkədəki orta əmək haqqından (peşədən asılı olaraq) 1,2-1,5 dəfə yüksək olmalıdır. Üstəlik, bəzi ölkələrdə peşə təcrübəsi ilə bağlı sertifikat da tələb oluna bilər.
«Mavi Kart» proqramı Avropanın adi iş vizalarından nə ilə fərqlənir?
«Mavi Kart» və iş vizası da yaşamaq və işləmək hüququ verir.
İş vizaları bir xüsusiyyətinə görə üstündür, belə ki, onlar daha geniş namizəd dairəsi üçün nəzərdə tutulub. Çünki adi iş vizasını orta təhsilli işçilər üçün də almaq olar, «Mavi kart»da isə yalnız ail təhsillilər iştirak edə bilər. Lakin, digər cəhətlərdən «Mavi Kart» daha çox imkanlar təqdim edir.
Birincisi, «Mavi Kart»la müxtəlif ölkələrdə işləmək olar: məsələn, iki il Almaniyada yaşayıb, sonra Hollandiyada işəgötürən tapıb və ora köçmək olar. Adi iş vizası isə adamı konkret ölkəyə və şirkətə bağlayır.
İkincisi, adi iş vizasından fərqli olaraq, işəgötürəndən qonaq işçi kimi unikallığı sübut etmək tələb olunmur. Ölkədə tələb olunan işçi heyəti mövcud olsa belə, onlar namizədi işə götürmək hüququna malikdirlər. Daha sadə desək, adi iş vizası ilə Avropaya gedəndə, sizi işə götürən şirkət hökumətə sübut etməlidir ki, sizin görəcəyiniz işi ölkədə başqası görə bilməyəcək, ona görə də sizi işə götürməyə məcburdur. «Mavi kart»da isə buna ehtiyac yoxdur, bu kartın sahibləri ölkədə bu işi görə bilən adamlar çox olsa belə rahatlıqla gəlib müqavilə bağlaya bilərlər və şirkət heç kimə heç nə sübut etməli deyil.
Üçüncüsü, «Mavi Kart» üçün müraciət prosesi Avropanın ümumi qaydaları ilə aparılır və bu da bütün ölkələrdə eynidir. Nəticədə bu iş daha rahatdır. Adi iş vizalarında isə hər ölkənin öz qaydaları və yerli tələbləri var, heç də həmişə onlardan baş çıxarmaq mümkün olmur.
Dördüncüsü, əsas fərq – adi iş vizaları adətən hər dəfə 1 illiyə, «Mavi Kart» isə hər dəfə 2 il müddətinə uzadıla bilir.
“Mavi Kart” Danimarka və İrlandiya istisna olmaqla, demək olar ki, bütün Avropa ölkələrində keçərlidir. Bunlar: Almaniya, Fransa, İtaliya, İspaniya, Niderland, Belçika, Avstriya, Portuqaliya, Polşa, Çexiya, Slovakiya, Macarıstan, Sloveniya, Xorvatiya, Rumıniya, Bolqarıstan, Estoniya, Latviya, Litva, Finlandiya, İsveç, Lüksemburq, Malta, Kipr, Yunanıstan aiddir.
Praktiki təcrübəyə əsasən ən asan «Mavi Kart» verən ölkələr
1. Almaniya
Ən çox Mavi Kart verən ölkədir, işçi çatışmazlığı çoxdur, dil B1 tələb olunmur.
2. Polşa
Maaş tələbi aşağıdır, IT və mühəndislikdə sürətli proses, konsulluq prosesi daha rahatdır.
3. Çexiya
Texniki ixtisaslara açıqdır, maaş həddi Almaniyadan aşağıdır,
Orta çətinliklə «Mavi kart» verən ölkələr isə İspaniya, Portuqaliya, İtaliya, Sloveniya, Slovakiyadır.
«Mavi kart»ı çətinliklə verən ölkələr – Niderland, Belçika, İsveç, Fransa, Lüksemburqdur. Burada güclü CV, yüksək maaş və bəzən dil tələb olunur.
«Mavi kart» almaq üçün maaş tələblərinin müqayisəsi (illik). Yəni ölkənin «Mavi kart» verməsi üçün namizəd həmin ölkədə azı bu məbləğdə maaşla əmək müqaviləsi bağlamalıdır?
Almaniya 50 300 avro (IT-də 45 300 avro, devisit peşələrdə 41 000 avro)
Polşa 22 000 – 25 000 avro
Çexiya 24 000 – 28 000 avro
İspaniya 34 000 avro
Portuqaliya 30 000 avro
Niderland – 60 000 avro
İsveç – 55 000 avro
Fransa 53 000 avro
«Mavi kart» üçün ən maraqlı peşələr IT, Data, Engineering, Finance, Accounting, Risk, BI. 2–5 il təcrübə artıq böyük üstünlük sayılır.
Texnologiya & IT sahəsi
Software Developer, Data Analyst / Data Scientist, Cybersecurity Specialist, AI / Machine Learning Engineer, System Administrator, Cloud Engineer,
Mühəndislik
Mechanical Engineer, Electrical Engineer, Civil Engineer, Industrial Engineer, Automation Engineer,
Səhiyyə
Həkimlər, Stomatoloqlar, Əczaçılar, Tibb bacıları (bəzi ölkələrdə)
Elmi & Texniki
Fizik, Riyaziyyatçı, Kimyaçı, Biotexnologiya mütəxəssisi,
İqtisadiyyat & Analitika
Financial Analyst, Risk Analyst, Actuary, Economist, Business Intelligence Analyst
Akademik sahə
Universitet müəllimləri, Elmi tədqiqatçılar (PhD üstünlükdür).











