2022-ci ilin yanvar-oktyabr aylarında Gəncə şəhərində mehmanxana və mehmanxana tipli müəssisələrin fəaliyyəti haqqında məlumatlar açıqlanıb.
Yeni İli yerli hotellərdə qarşılamaq neçəyə başa gələcək – MƏKANLAR və QİYMƏTLƏR
FED.az xəbər verir ki, Gəncə Şəhər Statistika İdarəsinin yaydığı məlumata görə, 2022-ci ilin yanvar-oktyabr aylarında Gəncə şəhərində 14 mehmanxana fəaliyyət göstərmiş, onlardan keçirilmiş gecələmələrin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 42,4 faiz artaraq 15961 adam-gecə təşkil etmişdir.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 2275 olmuşdur ki, bu da ümumi gecələmələrin 14,3 faizini təşkil edir.
2022-ci ilin yanvar-oktyabr aylarında mehmanxana xidmətlərindən əldə edilən gəlirlər 2021-ci illin müvafiq dövrü ilə müqayisədə 51,1 faiz artaraq 1 milyon 155 min manat olmuşdur. Bunun 89,4 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 2,5 faizi ictimai iaşə xidmətlərindən, 1,2 faizi müalicə və sağlamlıq xidmətlərindən, 6,9 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir.