2023-cü ildə Türkiyə kurortlarında istirahət 2022-ci ildəki qiymətlərlə müqayisədə 35-50% bahalaşacaq.
FED.az xəbər verir ki, bu barədə Rusiyanın Turizm Operatorları Assosiasiyası Türkiyədəki otel sahiblərinin proqnozlarına istinadən xəbər verirlər.
Məsələn, Seven Seas Gravel Select otelinin satış direktoru Günay Şaban bildirib ki, ümumi inflyasiya səbəbindən istirahətin də bahalaşması qaçılmazdır.
«Hər şey bahalaşıb – pomidorlardan tutmuş enerjiyə qədər. Biz də daxil olmaqla, 5 ulduz seqmendə daxil olan bəzi otellər özləri istəməsələr belə, qiymətləri artırmalı olacaqlar»-deyə G.Şaban bildirib.
Eyni proqnozu «Kilit Hospitality Group» (Crystal Hotels, Nirvana Hotels) şirkətinin nümaynədəsi Güzel Kıyak da verib Onun sözlərinə görə, qiymət artımı 35-50% arasında olacaq.