"Gələn il Azərbaycan və Pakistan arasında birbaşa sərnişin aviareysləri açılacaq. Bu, ikitərəfli ticari-iqtisadi, habelə iki ölkənin insanları arasındakı əlaqələrin güclənməsinə kömək edəcək".
FED.az xəbər verir ki, bunu Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Ticarət və Sənaye Palatasında işgüzar dairələrin toplantısında deyib.
Eləcə də bax: Pakistanla Azərbaycan arasında iki birbaşa - AVİAREYSİN AÇILMASI GÖZLƏNİLİR
O, həm də pakistanlı biznesmenləri Azərbaycanda informasiya texnologiyaları, proqram mühəndisliyi, turizm və digər potensialı yüksək olan sektorlara investisiya yatırmağa çağırıb.
Apa