“Azərbaycanın quru sərhədlərinin bağlı olması turizmə mənfi təsir edir, lakin sərhədlərin açılmas risklidir”.
Eləcə də bax: Britaniya Azərbaycandan gələnlər üçün giriş qaydalarına - DƏYİŞİKLİK EDİB
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.
“Quru sərhədlərinin bağlı olması sırf ölkəmizlə əlaqəli məsələ deyil. Azərbaycan 60-dan çox ölkə ilə hava sərhədlərini açıb. Problem ondadır ki, digər ölkələrdə yoluxanların sayı artıb və həmin ölkələrdən giriş-çıxışda məhdudiyyətlər tətbiq olunur. Dövlət hansı risklərin qayıda biləcəyini hesablayır. Biz Dövlət Turizm Agentliyi olaraq istərdik ki, ölkəyə daha çox turist gəlsin. Lakin biz bilməliyik ki, hansı risklərlə qarşılaşa bilərik. Məsələn, biz Gürcüstanla quru sərhədləri açsaq, yoluxma və ölüm faktı çoxalacaqsa bu, dövlət üçün risk kəsb edəcək. Hazırda Gürcüstanda yoluxma sayı çoxdur. Dövlət ilk olaraq öz vətəndaşlarını qorumağı düşünür və müvafiq proses ardıcıl olaraq aparılmalıdır”, - deyə o, qeyd edib.