Azərbaycanda bir neçə müddətdir ki, hava şəraitinin dəyişkən keçməsi turizm imkanları üçün çətinlik yaradır.
Qeyri-sabit hava daxili turizmə necə təsir edib? - AÇIQLAMA
FED.az xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, yay mövsümü başlayandan hava şəraitinin qeyri-sabit keçməsi turizm obyektlərinin sahiblərinə ciddi ziyan vurur. Sədr söyləyib ki, çimərlik mövsümü iyunun 15-dən sentyabra kimi davam edir: “Bu il də yağışlı, küləkli günlərin sayının çox olması səbəbindən vətəndaşlar istirahətlərini planlaya bilmirlər. Sel, daşqınların turizmə vurduğu ziyan hələ ki, hesablanmayıb”.
Xatırladaq ki, yay mövsümü başlayandan ölkədə qeyri-sabit hava şəraiti qeydə alınıb. Bir çox bölgədən sel keçib. (Azərtac)