Azərbaycanda turizm biznesinin genişlənməsi üçün böyük potensial var.
Azərbaycan Formula-1 turistləri üçün - VİZA ŞƏRTLƏRİNİ SADƏLƏŞDİRDİ - SƏRƏNCAM
FED.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev 19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisinin - “AITF 2023” açılış mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, bu cür sərgilər sənayenin şəbəkələşməsi və yeni əlaqələri baxımından önəmlidir:
"Xarici və daxili turizmin inkişafı bizim üçün eyni dərəcədə əhəmiyyətlidir. Xarici turistlərin ölkəmizə aktiv və səmərəli fəaliyyətini dəstəkləyirik. Hazırda əsas hədəfimiz pandemiyadan əvvəlki rəqəmləri bərpa edib, əvvəlkindən də çevik fəaliyyəti təmin etməkdir. Ötən il 1,6 milyon xarici ölkə vətəndaşını ziyarətçi kimi qəbul etmişik. Bu, pandemiyadan əvvəlki rəqəmlərin 50 faizinə bərabərdir. 2026-cı ildə xarici turist sayını 4, yerli turist sayını isə 6 milyona çatdırmağı hədəfləyirik.
Həmçinin ÜDM-də turizmdən gələn gəlirin 1,5 dəfə artacağını, turizm sektorunda 20 faiz artım olacağını proqnozlaşdırırıq. Əsas məqsəd Azərbaycanı dayanıqlı, keyfiyyəti turizm destinasiyası kimi tanıtmaqdır. Bu istiqamətdə Azərbaycan Turizm Bürosu tərəfindən genişmiqyaslı işlər görülür". (Apa)