Azərbaycan Maliyyə Nazirliyinin təsisçi qismində çıxış etdiyi “Aqrarkredit” BOKT “Ermitaj”ın rəsmi mehmanxanası – “The Hermitage Hotel”in yeni sahibi oldu.
“Absheron Hotel Group”un 4 hotelinə rəhbər - TƏYİN EDİLDİ
FED.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rosreyestrin məlumatına əsasən, iyunun 15-də “Aqrarkredit” “Ermitaj”ın rəsmi mehmanxanasının yeni mülkiyyət hüququnu əldə edib.
“Aqrarkredit” mehmanxananı saxlamağa söz verib və ümid edir ki, muzey adı qorumağa icazə verəcək. Əks təqdirdə yeni brend yaranacaq. İnteryer yenilənəcək, lakin üslubu qorumaq istəyirlər. İnvestisiya məbləği açıqlanmır.
«The Hermitage Hotel» beş ulduzlu mehmanxana 2013-cü ildə Pravda küçəsi, 10-da bərpa edilmiş Qida sənayesi işçilərinin Mədəniyyət Evində açılıb. Məlumdur ki, binanın sahibi azərbaycanlı iş adamı Elşən Babayevin Beynəlxalq Baltik İnvestisiya Şirkəti olub.
Məlumdur ki, “Ermitaj”ın əmtəə nişanından istifadə üçün lisenziya müqaviləsinin müddəti 2028-ci ilin may ayında başa çatır. (İnterfaks-Azərbaycan)